Fransa Ermənistana müstəsna olaraq müdafiə silahları satacaq.
Ednews "France24" istinadən xəbər verir ki, bunu Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu Senat komitəsində 2024-cü ilin büdcəsi müzakirə olunarkən deyib:
"Dövlət başçısı Makron dəqiq ifadə edib ki, bizim gündəliyimizdə müdafiə silahlarının satılması var. Çünki bizim Yerevanla müzakirələrimiz məhz bu barədə olub”.
Nazir senatorlara deyib ki, o bu məsələnin detallarını Ermənistanın müdafiə naziri Suren Papikyanla müzakirə edəcək.
Bununla belə nazir söhbətin konkret olaraq hansı silahlardan getdiyini açıqlamayıb.
Əkbər