Yerli medianın məlumatına görə, İsrail hökuməti fövqəladə vəziyyət qaydalarına əsasən, Əl-Cəzirə xəbər kanalını və ya lazım gələrsə, ölkədəki digər xarici xəbər agentliklərini müvəqqəti olaraq qadağan edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, hökumət şəbəkənin bağlanmasının səbəbi kimi milli təhlükəsizliyə təhdidləri göstərib. Qərar indi təhlükəsizlik kabinetinin təsdiqini almalıdır. İsrailin rabitə naziri Şlomo Karhi daha əvvəl vurğulayıb ki, ölkə müharibə vəziyyətində olduğu üçün yayımçıların “dövlətin təhlükəsizliyinə zərər vurmasına” icazə verməyəcək.
“Əl-Cəzirə” telekanalının yayımları və reportajları İsrailə qarşı təhrik edir, Həmas-İŞİD və terror təşkilatlarına təbliğatlarında kömək edir və İsrailə qarşı zorakılığı təşviq edir”, - deyə Karhi bildirib. Yeni qaydalara əsasən, İsrail Əl-Cəzirə telekanalının istənilən yayımını qadağan etmək, ölkədəki ofislərini bağlamaq, avadanlıqlarını götürmək, həmçinin internet saytını bağlamaq və ya məhdudlaşdırmaq hüququna malik olacaq.
Ülviyyə Şahin