“Tamra Financial”ın qurucusu Səudiyyə Ərəbistanının “ Tamra Financial” investisiya şirkəti ABŞ-ın çoxmillətli kompüter texnologiyaları şirkəti “ Oracle” ilə müqaviləni İsrailin Qəzza zolağı xalqına qarşı hərəkətlərinə dəstək verdiyi üçün ləğv etdiyini bildirib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, şirkətin təsisçisi X sosial media hesabında verdiyi elanda aşağıdakı cümlələri yerləşdirib:
"Bu həmrəylikdir, bu qınaqdır. Tamra Financial olaraq biz Oracle ilə müqaviləmizi ləğv etdik. Bilirik ki, bu, bu böyüklükdə bir şirkətə təsir etməyəcək. Lakin bu şirkətin İsrailin Qəzza xalqına qarşı zülmünü dəstəkləməsi zərrə qədər dözülməzdir".
Xəyal Ramiz