"Əl-Cəzirə Media Şəbəkəsi İsrailin hava hücumu nəticəsində ailəsini itirməsi ilə bağlı həmkarımız Vael Əl-Dahduha səmimi başsağlığı və rəğbətini bildirir.
İsrail qüvvələrinin hücumu onun həyat yoldaşının, oğlunun və qızının faciəvi şəkildə həlak olması ilə nəticələnib, ailəsinin qalan hissəsi isə dağıntılar altında qalıb. Baş nazir Netanyahunun bütün mülki vətəndaşları cənuba köçməsi çağırışınnın ardından məhəllələrində baş verən ilkin bombardman nəticəsində didərgin düşdükdən sonra sığınacaq axtardıqları Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsindəki evləri hədəfə alınıb.
Əl-Cəzirə Qəzzadakı həmkarlarımızın təhlükəsizliyi və rifahından dərin narahatdır və onların təhlükəsizliyinə görə İsrail hakimiyyəti məsuliyyət daşıyır.
Nəşr Qəzzada Vael Əl-Dahduhun ailəsinin və saysız-hesabsız insanların itkisinə səbəb olan günahsız mülki əhalinin heç bir fərq qoymadan hədəfə alınmasını və öldürülməsini qətiyyətlə pisləyir. Biz beynəlxalq ictimaiyyəti müdaxilə etməyə və mülki insanlara qarşı bu hücumlara son qoymağa və bununla da günahsız insanların həyatını qorumağa çağırırıq".
Beynəlxalq Avrasiya Mətbuat Fondu həlak olan Əl - Cəzirə müxbirinin ailəsinə və həmkarlarına baş sağlığı diləyir.