Oktyabrın 7-də başlanan HAMAS-İsrail münaqişəsi nəticəsində Qəzzada 16 tibb işçisi həyatını itirib, yaralananlar da var.
Ednews xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə bu barədə məlumat təqdim edib.
Onun sözlərinə əsasən, 30 nəfər tibb işçisi yaralanıb. Qəzza zolağındakı səhiyyə infrastrukturuna İsrail ordusunun ən azı 75 hücumu qeydə alınıb, 24 təcili tibbi yardım maşını zədələnib.
Regionda kəskin surətdə yanacaq və tibbi ləvazimat çatışmazlığı var. Qəzza zolağındakı 35 xəstəxanadan yalnız 23-ü qismən fəaliyyət göstərir. Bundan əlavə ilkin tibbi yardım müəssisələrinin 64 faizi işləmir.
Pieperkorn Qəzza regionunun Səhiyyə Nazirliyinin məlumatlarına istinadən bildirib ki, ümumilikdə 7028 nəfər ölüb, 18 482 nəfər yaralanıb.
ÜST-nin hesablamalarına görə, Qəzzada minə yaxın insanın dağıntılar altında qalması ehtimal edilir.