Moldova bu il MDB çərçivəsində imzalanmış 29 sazişi denonsasiya edib.
Ednews "Sputnik”in Moldova bürosuna istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sözçüsü Daniel Voda bildirib.
Onun sözlərinə görə, 29 sazişin denonsasiyası üçün zəruri prosedurlar başa çatdırılıb.
Voda qeyd edib ki, həmin sazişlər köhnəlib, mövcud reallıqlara uyğun deyil.
Hakimiyyət orqanları MDB çərçivəsində bağlanmış 100-dən çox müqavilə müəyyən edib. Hazırda həmin müqavilələrdən 70-nin denonsasiyası üçün hüquqi prosedurlara başlanılıb.