Türkiyənin İsrail və HƏMAS arasındakı münaqişə ilə bağlı beynəlxalq sülh konfransına ev sahibliyi etməyə hazırlaşdığı güman edilir.
Ednews xəbər verir ki, bunu RİA Novosti Türkiyə paytaxtındakı diplomatik mənbəyə istinadən xəbər bildirib.
Mənbənin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq sülh konfransı keçirmək niyyətini bəyan etdikdən sonra ölkəyə "diplomatik kanallar vasitəsilə bir sıra region ölkələrindən bu ideyanın dəstəklənməsi ilə bağlı mesajlar gəlib. Cənab prezidentin tapşırığı ilə iş aparılır. Bu istiqamətdə işlər davam etdirilir. Ümid edirik ki, bu təşəbbüs çox yaxın gələcəkdə həyata keçiriləcək”.
Bundan əvvəl Ərdoğan İsraili “müharibə cinayətləri” törətməkdə ittiham edib və HƏMAS-ı müdafiə edərək, qrupu “mücahid” adlandırıb.
Ülviyyə Şahin