Cənubi Amerikada yerləşən Boliviya Respublikası İsrail ilə diplomatik münasibətləri dayandırmaq qərarına gəlib.
Ednews xəbər verir ki, Boliviya artıq üçüncü Latın Amerikası ölkəsidir ki, İsraillə olan münasibətlərini dayandırır.
Boliviya xarici işlər nazirinin müavini Mamani bunu belə açıqlayıb:
"Fələstinlilərə qarşı qeyri-insani rəftara reaksiya verməyə bilməzdik. Bu, bizim prinsipial mövqeyimizdir. Biz İsrail dövləti ilə diplomatik əlaqələri kəsirik".
Çili və Kolumbiya da öz səfirlərini məsləhətləşmələr üçün İsraildən geri çağırdıqlarını açıqlayıblar.
Xəyal