Özbəkistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Ednews xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:57-də (Bakı vaxtı ilə 02:57-də) baş verib.
Seysmohadisənin ocağı 15 km dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ Özbəkistanın Buxara vilayətinin ərazisində olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.