“İsrail - Fələstin müharibəsi başlayandan bəri 48 jurnalist öldürülüb”.
Ednews Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, bu barədə Qəzzada dövlət media ofisinin bu gün verdiyi bəyanat da bildirib.
“Hazırda fəaliyyət göstərən jurnalist isə ailə üzvlərindən bir çoxunu itirib”.
Qeyd edək ki, oktybr ayının 25-i axşam saatlarında İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə bir neçə zərbələr endirib, nəticədə telekanalının Qəzzada olan ofisinin rəhbəri Vael Əl-Dahduhun ailəsi qətlə yetirilib.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis