Polşanın Baş naziri Mateuş Moravetski parlament seçkilərindən sonra bütün kabineti ilə birlikdə istefa verib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Moravetski bu barədə özü açıqlama verib.
Bildirilib ki, hakim “Qanun və ədalət” partiyası parlament çoxluğuna malik olmadığına görə, Polşa prezidenti Anjey Duda yeni hökuməti qurmaq səlahiyyətini bu gün Moravetskiyə verəcək.