İsrailin Qəzzaya hücumlarının nəticələri: 60 jurnalist və 13 mindən çox fələstinli həyatını itirdi

Dünya 09:11 20.11.2023

İsrailin Qəzzaya hücumları yeddinci həftəsinə girərkən, 7 oktyabrdan bu yana hücumlarda həyatını itirən fələstinlilərin sayı 13 mini, yaralıların sayı isə 30 mini keçib. 

Ednews xarici mediaya istinadən xəbər verir ki, hücumlarda indiyədək 60 jurnalist həyatını itirib. Digər tərəfdən, Qəzzada fələstinli qruplarla toqquşmalar nəticəsində İsrail ordusunun bəzi bölgələrdən geri çəkildiyi bildirilib. 

İsrail əsgərləri Qəzzanın şimalında, bölgənin ən böyük qaçqın düşərgəsi olan Cəbəliyə doğru irəliləyib. Bölgədə Həmas ilə İsrail əsgərləri arasında şiddətli toqquşmaların olduğu bildirilir.

İsrail ordusu Qəzzanın şimalını böyük ölçüdə işğal edib. Bununla belə, bölgənin bir çox yerində HƏMAS-ın partizansayağı müqaviməti ilə üzləşdi. İsrail həmçinin Qəzzanın mərkəzi hissəsindəki iki qaçqın düşərgəsinə hava zərbələri endirib. Büreyc və Nuseyrat düşərgələrinə edilən hücumlarda 30-dan çox fələstinli həlak olub.

İsrail Qəzzanın cənubundakı Xan Yunis qaçqın düşərgəsini də hədəfə alıb. HƏMAS-ın silahlı qanadı Qəssam Briqadaları Qəzzanın şərqindəki Juhrel Dik kəndində İsrail əsgərlərinə qarşı pusqu qurulduğunu açıqlayıb.

Yaxın məsafədən açılan atəş nəticəsində 6 İsrail əsgərinin həlak olduğu bildirilib.

İsrail ordusu daha əvvəl fələstinli qruplarla toqquşmalar nəticəsində irəliləyiş əldə etdiyi Qəzza zolağının şimalını və şəhərin bəzi nöqtələrini tərk edib.

Şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri Qəzza şəhərinin cənubundakı Əl-Hədra və Əz-Zeytun məhəllələrindən 3 kilometr qərbdə mövqelərini dəyişib.

İsrail qüvvələri həmçinin Qəzza zolağının şimalındakı Cibaliya bölgəsindəki Əbu Şarh qovşağından, Qəzza şəhərinin mərkəzindəki Es-Saraya və Əl-Cəla küçəsindəki Dubayt qovşağından da geri çəkilib.

İsrail hərbi maşınları da Tel əl-Heva rayonundan çıxıb və Qəzza şəhərinin qərbindəki Ər-Rəşid küçəsində yerləşdirilib.
Saftavi, Əbu Şarh qovşağı və Əl-Kərəmə əraziləri İsrail qüvvələri tərəfindən əsasən dağıdılıb.

Bir həftədir İsrailin hücumlarının mərkəzində olan Şifa xəstəxanasından təxliyələr davam edir.

Oğuz 

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Tramp Rusiyaya 50 gün vaxt verdi
23:57 14.07.2025
Tramp və Rutte arasında görüş başlayıb
23:25 14.07.2025
Aİ-dən ABŞ-yə ixracatın 70 faizinə əlavə rüsumlar tətbiq olunur
22:51 14.07.2025
BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə dair təlim proqramı yekunlaşıb – QHT-lər üçün
22:08 14.07.2025
Panama sahillərində güclü zəlzələ olub
21:38 14.07.2025
ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
21:09 14.07.2025
Yuliya Sviridenkoya Ukrayna hökumətinin rəhbəri olmaq təklif olundu
20:41 14.07.2025
Çimərliyə ildırım düşdü
20:09 14.07.2025
Tiktoker ev dustaqlığına buraxıldı
19:36 14.07.2025
"Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir"
19:07 14.07.2025
ABŞ-İran danışıqları nə vaxt bərpa ediləcək?
18:37 14.07.2025
Şəhidlər məscidinin imamı fırıldaqla üzləşdi
18:07 14.07.2025
Mühafizə zonalarına nəzarət mexanizmləri təkmilləşdiriləcək
17:52 14.07.2025
"NATO Moldovanı Moskva ilə müharibəyə hazırlayır"
17:37 14.07.2025
Azərbaycanda iki yeni milli park yaradıldı
17:22 14.07.2025
İdmançı öküz hücumuna məruz qaldı
17:07 14.07.2025
Araz çayında batan şəxsin şəxsiyyəti müəyyən olunub -YENİLƏNİB
16:58 14.07.2025
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı vəziyyəti müzakirə etdi
16:35 14.07.2025
Köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatdı
16:35 14.07.2025
Makedoniyalı İsgəndərin ölüm səbəbi bağlı yeni iddia ortaya çıxdı
16:22 14.07.2025
Dövlət içində dövlət: Yeni Kaledoniya Fransa sistemini dəyişir -Analitik Baxış
16:07 14.07.2025
İclas bitdi, deputatlar tətilə buraxıldı
15:52 14.07.2025
Rusiya Qafqazı niyə itirir? -Analitik Baxış
15:37 14.07.2025
Paşinyan Makronu altıncı dəfə Ermənistana dəvət etdi
15:22 14.07.2025
“Fud Siti”yə basqın gözlənilir
15:07 14.07.2025
Prostat xərçəngi necə yaranır?
14:53 14.07.2025
Vağzallar kassasız işləyəcək
14:38 14.07.2025
DTX vətəndaşların şəxsi məlumatlarını satan dəstəni ifşa etdi
14:23 14.07.2025
Paşinyan Brüsselə getdi
14:09 14.07.2025
“Putin gündüz xoş danışır, axşam isə...” -Donald Tramp
13:54 14.07.2025
Suriyada etnik zəmində toqquşma baş verib -onlarla ölən var
13:39 14.07.2025
Aİ ABŞ-yə qarşı cavab tarifləri hazırlayır
13:24 14.07.2025
Ukraynada hərbi vəziyyətin müddəti uzadılacaq
13:09 14.07.2025
Şəhərsalma və tikinti prosedurları sadələşdirildi
12:54 14.07.2025
Təminat Fonduna yeni səlahiyyət verildi
12:39 14.07.2025
Mediada saxta məlumatlara qarşı yeni normaları təsdiqləndi
12:24 14.07.2025
Milli Məclis informasiya agentliklərinə dair yeni tələbləri qəbul etdi
12:09 14.07.2025
"İşimizi müzakirə edənlər elə bil paralel həyatda yaşayır"
11:54 14.07.2025
Çelsi dünya çempionluğundan nə qədər qazandı?
11:39 14.07.2025
Bu il Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 900-dən çox şübhəli saxlanılıb
11:24 14.07.2025
Hamısı