Qara dənizdə kəşf edilən 710 milyard kubmetr təbii qazı boru kəmərləri ilə quruya çıxaran TPAO dənizin ortasındakı qazı emal etmək üçün 4 futbol sahəsi böyüklüyündə nəhəng platforma gəmisi alıb.
Ednews "Habertürk"ə istinadən xəbər verir ki, Faza-1 çərçivəsində 10 milyon kubmetr hasilatın ardından bu platforma ilə hasilat Faza-2 çərçivəsində 20 milyon kubmetrə yüksələcək.
Braziliyadan alınan və avadanlıqlarını modernləşdirmək üçün Sinqapurda olan gəmi 2025-ci ilin iyun ayında Türkiyəyə gətiriləcək.
Əkbər