Polşa Pfizer ilə 60 milyon doza Covid-19 peyvəndi alqı-satqı müqaviləsi imzalasa da, peyvəndləri almayıb və ödənişi etməyib.
Ednews politoco-a istinadən xəbər verir ki, bu səbəbdən Pfizer sözügedən müqaviləni pozduğu üçün Brüsseldə açdığı iddia çərçivəsində Polşadan 1,5 milyard dollar tələb edib.
Sözügedən iş üzrə ilk məhkəmə iclasının dekabrın 6-da keçiriləcəyi gözlənilir.
Polşanın Səhiyyə Naziri Adam Niedzielski aprelin 19-da Avropa Komissiyasına və Pfizerə daha Covid-19 peyvəndi alınmayacağı və ödəniş edilməyəcəyi barədə məlumat verildiyini açıqladı.
Niedzielski açıqlamasında, "Polşada anbarlarda 67-70 milyon doza peyvənd var. Bütün bunlarla nə edəcəyik?- deyə cavab verib.
Xəyal Ramiz