İsrail Qəzzada yaralanan hərbiçilərin sayını açıqlayıb.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, bu gün İsrail ordusunun sözçüsü Daniel Hagary keçirdiyi mətbuat konfransda ilk dəfə oktyabrın 7-dən bəri Qəzzada yaralanan hərbiçilərin sayını açıqlayıb.
Qəzzada gedən müharibənin gedişatından danışan Daniel bildirib ki, yaralananların sayı 1000 nəfərə çatıb və onlardan 202-nin vəziyyətini ağırdır.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər.
Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis