Ötən həftə Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Miqran Poqosyanın Moskvada saxlanıldığı barədə xəbər verilmişdi. Həmin xəbərdə onun tezliklə Ermənistana təhvil veriləcəyi iddia olunurdu.
Qeyd edək ki, Ermənistan Prokurorluğu əvvəllər Miqran Poqosyanın ekstradisiyası tələbi ilə Rusiya tərəfinə müraciət etsə də, rədd cavabı almışdı.
Ednews xəbər verir ki, "Hraparak" qəzeti Miqran Poqosyanın saxlanılma xəbərini araşdırıb.
Bununla bağlı prokurorluğa sual da ümvanlanıb: Poqosyan Ermənistana ekstradisiya olunacaq, ya yox?
Ermənistan prokurorluğu xəbəri şərh etməkdən yayınıb. Məlum olub ki, əslində Miqran Poqosyan ötən həftə yalnız yol polisi ilə mübahisə zəminində inzibati qaydada həbs edilib, sonra sərbəst buraxılıb.
Onun Ermənistana ekstradisiya xəbəri isə uydurma olub.