Bolqarıstan prezidenti Rumen Radev Ukraynaya zirehli texnikaların göndərilməsinə veto qoyub.
Ednews TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin prezident mətbuatı xəbər verib. Məlumatda qeyd edilir:
"Ukraynaya göndərilən texnikalar öz ölkəmizin təhlükəsizliyi və fövqəladə vəziyyətləri üçün istifadə edilə bilər .Bolqarıstan vətəndaşlarının həyatı və sağlamlığı əsas prioritet olmalıdır".
Qeyd edək ki, Bolqarıstan tərəfindən zirehli texnikaların göndərilməsi ilə bağlı akt parlament tərəfindən irəli sürülmüşdü.
Əkbər