"Qəzza Fələstin torpağıdır., Qəzza fələstinlilərə məxsusdur. Bu, əbədi olaraq belə qalacaq".
Ednews xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsində etdiyi çıxışında söyləyib və BMT - ni qınayıb.
"Qəzzada olan vəziyyət olduqca acınacaqlıdır. Elə bir vəziyyət ki, qlobal təhlükəsizliyi və sülhü qorumaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatı öz işçilərini belə İsrailin vəhşiliyindən qoruya bilmir".
Xatırladaq ki, hazırda Ərdoğan Qətərdə stratejik sammitdə iştirak edir.
Əkbər