Şimali Koreya lideri Kim Çen In ölkədə doğum nisbətinin azalmasını dayandırmağın “qadınların vəzifəsi” olduğunu bəyan edib.
Ednews cumhuriyyet nəşrinə istinadən xəbər verir ki, Kim Çen qadınları daha çox uşaq dünyaya gətirməyə çağırıb.
Şimali Koreya prezidenti Kim Çen Milli Analar Yığıncağının açılışında etdiyi çıxışında, “Doğum nisbətlərinin azalmasının dayandırılması və uşağa yaxşı baxım və təhsilin təmin edilməsi analarımızla birlikdə həll etməli olduğumuz ailə problemləridir!”- deyə bildirib.
Qadınları daha çox uşaq dünyaya gətirməyə çağıran Kim, doğum nisbətindəki azalmanı dayandırmağın "qadınların vəzifəsi" olduğunu bildirib.
Digər tərəfdən, Şimali Koreyada sağlamlıq problemləri ilə məşğul olan “dprkhealth.org” saytının rəsmisi Ahn Kyung-su qeyd edib ki, ölkədəki bir çox ailə birdən çox uşaq sahibi olmağı düşünmür. Ahn, ailələrin uşaqlarını böyütmək, onları məktəbə göndərmək və işlə təmin etmək üçün külli miqdarda pul xərcləməli olduğunun fərqində olduğunu söylədi.
Mərkəzi ofisi Cənubi Koreyanın paytaxtı Seulda olan Hyundai Araşdırma İnstitutunun avqust ayında dərc etdiyi hesabatda Şimali Koreyada 1990-cı illərdə yüz minlərlə insanın ölümünə səbəb olduğu təxmin edilən aclığın, məhsuldarlıq səviyyəsinin ciddi şəkildə azalmasına səbəb olub. Hesabatda Şimali Koreyada əhalinin 2034-cü ildən başlayaraq azalmasının gözlənildiyi, 2070-ci ilə qədər isə əhalinin 23,7 milyon nəfərə düşəcəyi təxmin edildiyi vurğulanıb.
Xəyal Ramiz