Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın Moskvada meyiti tapılıb.
Ednews xəbər verir ki, bu barədə “Public” nəşri mənbələrə istinadən yazıb.
Qeyd edilib ki, eks deputatın meyiti Odintsovo rayonunun Suponevo kəndində tapılıb.
İlya Kivanın Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticısində kiçik kalibrli silahla öldürüldüyü bildirilib.