Daşnaksütyun partiyası Azərbaycanla münasibətlərin tənzimlənməsinin ikitərəfli formatını təhlükəli hesab edir.
Ednews xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz Facebook səhifəsində yazıb.
“Xarici maraqlara xidmət edən daşnaklardan fərqli nə isə gözləmək ən azı sadəlövhlük olardı. Eyni məntiqlə onlar Azərbaycanla 30 il danışıqlar aparıblar və Serj Sarkisyan qürurla bəyan edib ki, Qarabağ məsələsində Azərbaycanla deyil, beynəlxalq ictimaiyyətlə əlaqə yaradıblar. Bu da 2018-ci ildə danışıqlar prosesində durğunluğa və sonrakı münaqişəyə səbəb olub.
Təsəvvür edin ki, siz daşınmaz əmlak almaq üçün əməliyyat etmək istəyirsiniz. Əmlakın sahibi birbaşa danışırsınız, yoxsa öz maraqlarını güdən vasitəçi vasitəsilə? Onu da nəzərə almaq lazımdır ki, daşnakların təklif etdiyi vasitəçi Ermənistanın dövlətçiliyini pozmağa meyllidir”, – Çaxoyan qeyd edib.