"Əl-Cəzirə" telekanalının müxbiri Ənəs Əl-Şərifin ailəsi İsrail - Fələstin müharibəsinin qurbanı olub.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, dünən İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə zərbələr endirib, nəticədə telekanalın Qəzzada olan müxbiri Ənəs Əl-Şərifin atası öldürülüb.
"Əl-Cəzirə" media şəbəkəsi verdiyi bəyanatda Ənəs Əl-Şərifə baş sağlığı verib.
Qeyd edək ki, dekabr ayının 7-si İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə bir neçə zərbələr endirib, nəticədə telekanalının müxbiri Moamen Al-Şarafi ailəsindən 22 nəfər öldürülüb.
Xatırladaq ki, oktyabr ayının 25-i İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə bir neçə zərbələr endirib, nəticədə telekanalının Qəzzada olan ofisinin rəhbəri Vael Əl-Dahduhun ailəsi öldürülüb.
Loğman Yunis