Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan dünən matç zamanı "Ankaragücü" klubunun prezidenti Faruk Koca tərəfindən döyülən hakim Halil Umut Melerə zəng edib.
Ednews xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
R.T.Ərdoğan hakimin tezliklə sağalmasını arzulayıb. O, hadisəni pisləyib və hakimə uğurlar arzulayıb.
Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.
Məlumata görə, klubun prezidenti də daxil olmaqla 3 nəfər tutulub.