ABŞ Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşları da daxil olmaqla yüzlərlə fiziki və hüquqi şəxsə Rusiyaya qarşı embarqonun pozulmasına töhfə verdikləri üçün sanksiya tətbiq etmək qərarına gəlib.
Ednews ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya istinadən xəbər verir ki, ABŞ və müttəfiqlərinin Ukraynadakı müharibə səbəbilə Rusiyaya tətbiq etdiyi embarqonun qırılmasında əməyi olan müxtəlif ölkələrdən 150-dən çox şəxs və təşkilat yeni sanksiya siyahısına daxil edilib.
ABŞ dövlət katibi Antoni Blinken sanksiya qərarı ilə bağlı verdiyi açıqlamada, “Rusiyanın Ukraynadakı cinayətləri və Rusiya müharibəsini maliyyələşdirən və dəstəkləyənlərin məsuliyyətini artırmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcəyik” deyib.
ABŞ Maliyyə Nazirliyi ayrıca bir bəyanatda Çin, Rusiya, Honq-Konq və Pakistanda yerləşən dörd təşkilat və doqquz şəxsdən ibarət şəbəkəyə Çin istehsalı silah və texnologiyaların tədarükü və yardımı səbəbi ilə sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.
Xəyal Ramiz