"Ermənistan Azərbaycanla əvvəllər mövcud olan marşrutlar üzrə dəmir yolu əlaqəsini bərpa etməyə hazırdır".
Ednews xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Birincisi, Azərbaycanın Qazax şəhərini Ermənistanın İcevan şəhərilə birləşdirən şimal marşrutudur. İkincisi isə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub marşrutudur”, - deyə o, qeyd edib.
Paşinyan bildirib ki, 30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır:
"Bu gün isə biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə danışırıq. Bunun üçün təsirli və konkret addımlar atmağa hazırıq".