Finlandiya Rusiya ilə bağlanan 8 sərhəd qapısından 2-ni bu gün açdıqdan bir neçə saat sonra yenidən bağlamaq qərarına gəlib.
Ednews haber7-ə istinadən xəbər verir ki, Rusiyadan gələn qeyri-qanuni mühacir axını ilə mübarizə üçün 24 noyabrda 9 sərhəd qapısından 8-ni bağlayan Finlandiya, bu gün qısa müddətə açdığı 2 sərhəd qapısını yenidən bağlamaq qərarına gəlib.
Finlandiya Sərhəd Mühafizəsi, sərhədlərin bağlanması ilə miqrasiya axınının dayandığını, lakin bu gün bağlanan 8 sərhəd qapısından 2-nin açılması ilə yenidən başladığını və təxminən 36 adamın sığınacaq tələb etdiyini bildirdi.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen parlamentdəki çıxışında “İndi insident yenidən başlayıb və biz bütün sərhədi bağlayacağıq” deyib.
Rusiya ilə 1340 kilometr ümumi sərhədi olan Finlandiya, Rusiyanın qeyri-qanuni miqrasiyanı təşviq etdiyi iddialarından sonra noyabrın 24-də Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağladı və yalnız şimalda Raja-Jooseppi sərhəd qapısı açıq qalıb.
Xəyal Ramiz