Müharibə zamanı ailəsini itirən Əl-Cəzirə telekanalının müxbiri Qəzzada yaralanıb.
Ednews Ərəb mediasına istinadən xəbər verir ki, Vael_Əl-Dahduh canlı yayım zamanı İsrail silahlı qüvvələri tərəfindən atəşə tutulub. Jurnalist dərhal xəstəxanaya yerləşdilib.
Xatırladaq ki, oktyabr ayının 25-i İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə bir neçə zərbələr endirib, nəticədə telekanalının Qəzzada olan ofisinin rəhbəri Vael Əl-Dahduhun ailəsi öldürülüb.
Loğman Yunis