Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana səfər edəcək.
Ednews “TRT Haber“ə istinadən xəbər verir ki, Ərdoğan macarıstanlı həmkarı Katalin Novak və Baş nazir Viktor Orbanla görüşəcək.
Görüşlərdə Qəzza zolağındakı son vəziyyət və iki ölkə arasındakı siyasi, diplomatik və iqtisadi münasibətlər müzakirə ediləcək.