Rusiya Müdafiə Nazirliyi Kaluqa bölgəsində nüvə zərbələri endirmək qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketini təkminləşdirib
Ednews sputnik.ru nəşrinə istinadən xəbər verir ki, Rusiya Strateji Raket Qüvvələrinin Kaluqa vilayətində yerləşən Kozelskiy bölməsi ölkənin qərbində silahlanmağa davam edir. Bu çərçivədə nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik Yars raketinin Kaluqa bölgəsindəki atma anbarına yerləşdirildiyi və əsgərlər üçün lazımi infrastruktur yaradılıb.
Ballistik "Yars" raketinin müdafiə sistemləri tərəfindən tutulmadığı və eyni anda 3-dən 6-ya qədər hədəfi vura bildiyi bildirilir.
Xəyal Ramiz