Macarıstan Avropa İttifaqında sahib olduğu səsvermə hüququndan məhrum edilə bilər.
Ednews xəbər verir ki, bu barədə "Financial Times" qəzetinin İttifaq diplomatlarından aldığı məlumatda qeyd edilir.
Qeyd edək ki, buna səbəb olaraq, Macarıstanın Ukraynaya göndərilən yardımlara və üzvlük məsələlərinə dəfələrlə məhdudiyyət qoyulması göstərilib.
Rəsmilərin fikrincə, Aİ 2007-ci il Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsini tətbiq edə bilər ki, bu da bir ölkəni Avropa qanunvericiliyinin pozulması səbəbindən səsvermə hüququndan məhrum etməyə imkan verir. Buna baxmayaraq, Aİ-nin bəzi üzvləri Budapeştə məhdudiyyətlər tətbiq etmək fikrindən ehtiyatlanırlar.
Əkbər