Fransa Nigerdəki səfirliyini bağlamağa hazırlaşır.
Ednews "Le Monde" nəşrinə istinadən xəbər verir ki, bu barədə səfirlik tərəfindən məlumat verilib.
"İyulun 30-da səfirliyimizə hücumdan və Niger qüvvələrinin binamızın mühasirəyə alınmasından sonra diplomatik heyətimizin çoxu sentyabrın sonlarında oranı tərk edib. Fransanın Nigerdəki səfirliyi bu səbəbdən artıq normal fəaliyyət göstərə və ya öz missiyalarını yerinə yetirə bilmir. Bu vəziyyəti nəzərə alaraq, səfirliyimizi bağlamaq qərarına gəldik". - paylaşılan məlimatda qeyd edilir.
Xatırladaq ki, iyulda baş verən hərbi çevriliş nəticəsində Nigerdəki hakimiyyətin dəyişməsi ilə birlikdə Fransa qüvvələrinin ərazidən çıxarılması tələb edilib.
Əkbər