Ölkənin ticarət palatalarının rəhbərinin sözlərinə görə, tələb olunan işçilərin sayı 1 milyon nəfərdən çoxdur.
Ednews euronews-a istinadən xəbər verir ki, Avropa ölkələrinin qeyri-qanuni immiqrasiyaya qarşı tədbirləri sərtləşdirdiyi bir vaxtda İtaliya üç il ərzində 450 min əcnəbi işçiyə yaşayış icazəsi verəcəyini vəd edir.
Euronews Türk telekanalının məlumatına görə, 2025-ci ilə qədər davam etməsi planlaşdırılan bu kvotanın təxminən 50 mini dekabrın əvvəlində açılıb. Kənd təsərrüfatı, tikinti, fərdi xidmət və turizm sahələrində çoxlu sayda işçi qəbul edildi.
Bu, immiqrasiyanı azaldacağını vəd edən hökumət üçün paradoksal tədbir kimi qiymətləndirilsə də, Avropanın bir çox ölkəsinin xarici işçi qüvvəsinə ehtiyacı var.
Bildirilir ki, ölkədə təhsil sisteminin qeyri-adekvat olması səbəbindən yaşıl və ya rəqəmsal iqtisadiyyatda mühəndislik işlərinə tələbat yüksəkdir. Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər ölkə 5 milyon əhalisini itirəcək.
Xəyal Ramiz