Rusiyanın paytaxtı Moskvaya növbəti dəfə dron hücumu olub.
Ednews xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin teleqram kanalına məlumat verib.
“Podolsk şəhər dairəsində hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində PUA hücumunu dəf edib. İlkin məlumatlara görə, dağıntıların düşdüyü yerdə itki olmayıb” – o bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 14:40 radələrində Moskva vilayəti üzərində Ukraynaya məxsus PUA vurulub.