Almaniyanın Mannheim şəhərində polis 49 yaşlı Türkiyə vətəndaşı Ertekin Özkanı küçənin ortasında güllələyib.
Ednews NTV-yə istinadən xəbər verir ki, əraziyə cinayət törədildiyi xəbəri ilə gələn polis yarıçılpaq və əlində bıçaq olan Özkanla qarşılaşıb. Ona bıçağı atması barədə xəbərdarlıq edən polis bir müddət sonra onlara tərəf addım atan Özkana 4 atəş açıb. Ağır yaralanan Özkan aparıldığı xəstəxanada dünyasını dəyişib.
Türkiyə vətəndaşları polisin xüsusilə türklərə qarşı mühakimə olmadan qətllər törətdiyini bildirib və bu hadisənin tez bir zamanda araşıdırlmasını tələb ediblər.
Türkiyənin Karlsruhedəki baş konsulu Mahmut Niyazi Sezgin hadisədən sonra Mannheimə gedərək polis orqanlarından məlumat alıb, Özkanın yaxınlarına başsağlığı verib. Sezgin açıqlamasında bildirdib ki, məsələni bütün ölçüləri ilə izləməyə davam edəcəyik.
Ertekin Özkanın qızı atasının psixi cəhətdən sağlam olmadığını və bunun polisə məlum olduğunu, atasının isə qətlin qurbanı olduğunu bildirib. Yerli sakinlər Özkanın narkotiklə müalicə aldığını, lakin yenidən narkotik istifadə etməyə başladığını bildiriblər.
Oğuz