Türkiyə-Özbəkistan Qarışıq İqtisadi Komissiyası (KEK) Protokolu imzalandı.
Ednews millyet qəzetinə istinadən xəbər verir ki, Vitse-prezident Cevdet Yılmaz və Özbəkistan Baş nazirinin müavini, İqtisadiyyat və Maliyyə naziri Cemşit Kuçkarov Prezident Kompleksində təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçiriblər.
Görüşlərdən sonra Yılmaz və Kuçkarovun sədrliyi ilə Türkiyə -Özbəkistan Qarışıq İqtisadi Komissiyasının 7-ci Dövr Toplantısı keçirilib. Görüşdən sonra iki ölkə arasında müqavilələrin imzalanması mərasimi olub.
Mərasimə KEK Protokolundan əlavə, Ticarət Nazirliyi ilə Özbəkistan İnvestisiya, Ticarət və Sənaye Nazirliyi arasında “Sənaye məhsullarının uyğunluğunun qiymətləndirilməsi və standartlaşdırılması sahəsində əməkdaşlıq haqqında Protokol” və “Qarşılıqlı əməkdaşlıq haqqında Protokol” da daxil edilib.
Xəyal Ramiz