Yer kürəsinə Halley kometası yaxınlaşır.
Ednews xarici mediaya istinadən xəbər verir ki, hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduz” olan Hallel kometasının növbəti püskürməsinin bu gün baş verəcəyi bildirilib.
Bu il yer kürəsinə doğru sürətlə irəliləyən şəhər böyüklüyündə kometa dəfələrlə partlayıb. Elm adamları tez-tez baş verən partlayışların nümunəsini aşkar ediblər. Bu modelləşdirmənin yaradılmasının əsas səbəbi onun dünyaya göstərə biləcəyi “şok effektidir”.
Partlayışlar zamanı “buynuz” yetişdirdiyi üçün “şeytan kometası” adlandırılan kosmik qaya hər 15 gündən bir şiddətlə buz və qaz kütlələrini havaya püskürür.
Sonuncu partlayış dekabrın 14-də baş verib. Növbəti partlayışın dekabrın 29 və ya 30-da görüləcəyi gözlənilir.
Qeyd edək ki, kometanı ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi.
Oğuz