Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında diplomatik kanallar vasitəsilə görüş hazırlanır, lakin tarixi və yeri hələ müəyyən edilməyib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Türkiyə liderinin administrasiyası yayıb.
Rusiya prezidenti bundan əvvəl türkiyəli həmkarı ilə 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırdığını, ondan əvvəl isə Ərdoğanın qrafikinə görə görüşə bilməyəcəyini demişdi.