Kubada bir litr benzinin qiyməti hazırda 25 Kuba pesosudur. Bu, təxminən 0,2 dollara uyğundur.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, hökumət fevralda bu qiyməti 132 pesoya çatdırmağı planlaşdırır.
Bu addımın büdcə kəsirinin azaldılmasına kömək edəcəyini düşünən hökumətin maliyyə naziri Vladimir Reqeyro analoji artımların dizel və digər benzin növlərinin qiymətlərində də aparılacağını qeyd edib.
Elektrik və təbii qaz qiymətlərində artım olacağını açıqlayan Regueiro, "Bu tədbirlər iqtisadiyyatımızı canlandırmaq məqsədi daşıyır" dedi.
Kubada benzin 25 pesoya satıldığı halda, yarım litr qablaşdırılmış su 100-200 peso arasında satılır. Bu onu göstərir ki, eyni miqdarda suyun qiyməti benzinin rəsmi qiymətindən təxminən 10 dəfə bahadır.
Xəyal Ramiz