"Ukraynanın hərbi qabiliyyəti və ictimai rəyi xalqın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmağa hazır olduğunu göstərir".
Ednews "European Pravda"ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Estoniyada səfəri zamanı söyləyib.
Tallinndə Estoniya prezidenti Alar Karis ilə birgə mətbuat konfransında danışan Zelenski Ukraynanın alyansda olmasının təkcə bu ölkə üçün deyil, Baltikyanı ölkələr və Polşa üçün də ən yaxşı təhlükəsizlik zəmanəti olacağını təkrarlayıb.
O əlavə edib ki, Ukrayna ordusunun artıq NATO silahlarından istifadə etməsi onun NATO-da olmaq üçün kifayət qədər keyfiyyətli olduğunu göstərir.
Qeyd edək ki, görüş zamanı prezident Karis Estoniyanın 2027-ci ilə qədər Ukraynaya 1,2 milyard avro yardım edəcəyini təsdiqləyib.
Əkbər