Rusiya BMT Təhlükəsizliş Şurasının fövqəladə iclasa çağırıb.
Ednews "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyinin Telegram-dakı paylaşımında qeyd edilib.
Paylaşımda qeyd edilir ki, Rusiya Yəməndə husilərin hədəflərinə endirilən zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvlərinə ismarıc göndərib.
Göndərilən ismarıcda 11 ölkənin qəbul etdiyi Qırmızı dənizdə gəmilərə edilən hücumları pisləyən, Rusiya, Əlcəzair, Çin və Mozambikin isə səsvermədə bitərəf qaldığı qətnamənin etibarlılığını müzakirə etmək üçün fövqəladə iclasının keçirilməsi tələb olunub.
Qeyd edək ki, bu sənəd Yəməndə həyata keçirilən zərbələrdən əvvəl qəbul edilib və Moskva bu qətnamənin regionda “düşmənçilik törətmək” üçün bəhanə olmasından narahat olub.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Hollandiyanın iştirakı ilə ötən gecə Yəmən paytaxtına hava hücumları həyata keçirilib.
Əkbər