Xəbər verdiyimiz kimi, yanvarın 17-dən 18-nə keçən gecə yerli saatla 01:11-də türk astronavt ilk dəfə kosmosa səyahət etməli idi. Lakin kosmosa səyahət təxirə salınıb.
Ednews xəbər verir ki, bu barədə TRT Türk məlumat yayıb.
Bildirilib ki, Türkiyənin ilk kosmos səyahətçisi Alper Gezeravcının da üzvü olduğu Ax-3 uçuşu sabahadək təxirə salınıb. Kosmik səyahətin yanvarın 19-u yerli vaxtla saat 00.49-da başlaması planlaşdırılır.