Belarus ilk dəfə olaraq nüvə silahından istifadəyə icazə verəcək
Ednews dananımhaber-ə istinadən xəbər verir ki, Rusiyanın müttəfiqi Belarus Vladimir Putinin nüvə silahına ev sahibliyi etmək qərarından sonra ilk dəfə olaraq nüvə silahının istifadəsinə icazə vermək üçün hərbi doktrinasını dəyişib.
Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsi ötən il NATO müttəfiqləri Polşa, Latviya və Litvaya yaxın olduğu üçün mübahisələrə səbəb olub .
Belarusun müdafiə naziri Viktor Xrenin çərşənbə axşamı milli təhlükəsizlik şurasının iclasında deyib ki, hərbi doktrinadakı dəyişiklik öz nüvə silahına malik olmayan Belarus üçün “yeni səhifə”dir.
Belarus sərhəddi Ukraynanın paytaxtı Kiyevdən cəmi 220 kilometr aralıdadır. Belarusda yerləşdirilən rus qoşunları 2022-ci ilin fevralında müharibənin ilk günlərində şimaldan Ukraynaya hücum edib.
Xəyal Ramiz