“Avropa İttifaqında (Aİ) Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı razılığa gəlinib. Aİ-nin 27 üzvünün hamısı bu proqramı dəstəkləməyə razılaşıb”.
Ednews xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
O bildirib ki, Aİ bu il də təxminən 2023-cü il səviyyəsində maliyyə yardımı göstərə biləcəyinə ümid edir.
Baş nazir əlavə edib ki, Ukrayna büdcəsinin kəsirini ödəmək üçün Avropa İttifaqından təxminən 18 milyard avro cəlb etmək vacibdir.