Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, sursat siyahısı da daxil olmaqla Ankaraya ediləcək ixrac ayrı-ayrılıqda araşdırılacaq.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dron və PUA-larla dəstəyinə görə Kanada Türkiyəyə embarqo tətbiq edib.