Böyük Britaniyanın HMS Kraliça Elizabet təyyarədaşıyan gəmisi nasazlıq səbəbindən NATO-nun 90 minlik hərbi təlimlərində iştirak edə bilməyəcək.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, Britaniya Müdafiə Naziri Şapps 3 milyard dollarlıq təyyarədaşıyan gəminin texniki baxış üçün sahilə yanaşdığını bildirib.
Qeyd edək ki, nazir Britaniya ordusunun gəmi olmadan dəniz üzərində hərbi əməliyyatlar aparmayacağını bildirib.
Ordunun texniki problemlərlə üz-üzə qalması Rusiya mediasında gündəm olub.
Rsuiya Müfadiə Nazirliyi bildirib ki, Qərb dövlətlərinin hər texnikası Rusiyanınkı ilə müqayisə edilə bilməz.
Nazirlik bu kimi problemlərin NATO üçün utancverici olduğunu açıqlayıb.
Fərid