Böyük Britaniyada işsizlik 2023-cü ilin oktyabr-dekabr dövründə əvvəlki üç aylıq dövrlə müqayisədə 0,2 faiz azalaraq 3,8 faizə düşüb.
Ednews ntc.com-a istinadən xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) əmək bazarı məlumatlarına görə, ölkədə məşğulluq səviyyəsi ötən ilin son rübündə yüzdə 75 olmaqla, əvvəlki üç aylıq dövrlə müqayisədə 0,2 faiz artıb.
Böyük Britaniyada işçilərin adi maaşları , bonuslar istisna olmaqla, keçən ilin son rübündə illik bazda 6,2 faiz artıb.
Bu dövrdə real (inflyasiyaya uyğunlaşdırılmış) məcmu və müntəzəm əmək haqqı illik əsasda müvafiq olaraq 1,4 faiz və 1,8 faiz artmışdır.
Xəyal Ramiz