SpaceX öz Starlink peyklərindən 100-nü orbitdən çıxarmağı planlaşdırır ki, bu da gələcəkdə uğursuzluq ehtimalını artıra bilər. Təsirə məruz qalan peyklərin elandan sonra altı ay ərzində Yerə qayıtması gözlənilir.
Ednews ntv.com-a istinadən xəbər verir ki, SpaceX, gələcəkdə nasazlıqlara səbəb ola biləcək 100 Starlink peykini orbitdən çıxarmağa hazırlaşır.
SpaceX həftədə 55 peyk qurmaq və ayda 200-ə qədər peyk buraxmaq gücünə malik olduğu üçün itkilərin xidmətə təsir etməyəcəyini bildirib.
SpaceX-in bir çox uğurlu buraxılışları olsa da, işlər həmişə planlaşdırıldığı kimi getmir.
Orbitdən çıxarılması əməliyyatı SpaceX-in Yerə qaytardığı peyklərin ümumi sayını 500-dən çoxa çatdıracaq. Kosmik şirkət indiyədək 406 peyki orbitdən çıxarıb.
İlon Maskın kosmos şirkəti orbitdə 6000-dən çox peyki olduğunu bildirib. Bu o deməkdir ki, şirkətin peyklərinin təxminən 8 faizi geri gətiriləcək.
Xəyal Ramiz