Türkiyəli jurnalist, yazıçı və ssenarist Üstün İnanç müalicə aldığı xəstəxanada səhər saatlarında dünyasını dəyişib.
Ednews türk mediasına istinadən xəbər verir ki, yazıçı 87 yaşında rəhmətə gedib.
Yazıçının oğlu Ərtoğrul İnanç atasının İstanbuldakı Özəl Florya Xəstəxanasında dünyasını dəyişdiyini bildirərək, "Ruhun şəfalı olsun. Yaxşı ömür sürdün. Nisbətən problemsiz bir ölümlə dünyasını dəyişdi" deyə bildirib.
Ədəbiyyat ustası sabah günorta Fatih məscidində qılınacaq cənazə namazından sonra Eyüp Sultandakı ailə qəbiristanlığında torpağa tapşırılacaq.
Oğuz