ABŞ dövlət katibi Entoni Blinken rusiyalı siyasətçi Aleksey Navalnının ölümünə görə Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bildirib.
Ednews xəbər verir ki, bunu Blinken Münxendə jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya antikorrupsiya aktivistini təqib edib, həbs edib və zəhərləyib.Buna görə də Rusiya məsuliyyət daşıyır”, - deyə Blinken qeyd edib.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.