Çin mərkəzli kibertəhlükəsizlik firması I-Soon-un NATO və 10-dan çox ölkənin ictimai qurumlarını hədəf aldığı iddia edilib.
Ednews xəbər verir ki, ABŞ-da yerləşən kibertəhlükəsizlik şirkəti SentinelLabs tərəfindən verilən açıqlamaya görə, şirkətin təhlükəsizlik analitikləri naməlum şəxs tərəfindən açıq proqram inkişaf platforması GitHub-a yüklənmiş və I-Soon şirkətinin əlində olduğu iddia edilən həssas sənədləri araşdırıblar.
Araşdırmalar nəticəsində “Çində dövlət qurumları ilə ortaq fəaliyyət göstərən” İ-Soon-un 10-dan çox ölkənin dövlət qurumları ilə yanaşı, müxtəlif qurum və universitetləri, o cümlədən NATO-nu hədəf aldığı iddia edilib.
Sözügedən sənədlərin “əslliyinin” əminliklə yoxlanılmasının mümkün olmadığı bildirilsə də, SantinelLabs analitikləri öz şərhlərində belə deyiblər: “Sızıntı indiyə qədər açıq şəkildə görülən ən konkret detallardan bəzilərini təqdim edir və Çinin kiberhüququnun yetişməkdə olan mahiyyətini ortaya qoyur. casusluq ekosistemi." ifadələrdən istifadə edilib.
Xəyal Ramiz